15-21 iyul tarixlərində Meksikanın Puebla şəhərində keçiriləcək dünya çempionatına hazırlıqları davam etdirən taekvondo üzrə seçmə komandanın heyəti müəyyənləşib.
Belə ki, millinin baş məşqçisi, əməkdar məşqci Ələkbər İmaməliyev çempionata yollanacaq heyətə Mikayıl Əliyev (-54 kg), Maqomedyasin İbrahimov (-58 kg), Fariz Əliyev (-63 kg), Elvin Məmmədov (-68 kg), İlkin Şahbazov (-74 kg), Ramin Əzizov (-80 kg), Radik İsayev (-87 kg) və Ceyhun Həsənlini (+87 kg) cəlb edib.
Qadınlardan ibarət seçmə komandanın baş məşqçisi, əməkdar məşqçi Gündüz Abdullayev isə heyətə Türkanə Tahirli (-46 kg), Patimat Abakarova (-49 kg), Səbinə Mikayılova (-53 kg), Günay Ağakişiyeva (-57 kg), Darya Qorbaçeva (-62 kg), Fəridə Əzizova (-67 kg), Marina Tedeevanı (73 kg) daxil edib.
Beləliklə, 15 idmançı ilə dünya çempionatına yollanacaq komandamız hal-hazırda Qəbələdə yerləşən Dünya Taekvondo Reabilitasya mərkəzində təlim-məşq toplanışındadır.
İdman24.az