Almaniyanın 2-ci Bundesliqasında 17-ci turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarovun formasını geyindiyi "Ertsgebirge" də növbəti matçına çıxıb.
Aue təmsilçisi "Dinamo Drezden"i qəbul edib. Oyun qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Nazarov 90 dəqiqə meydanda olub.
17 turdan sonra 14 xalı olan "Ertsgebirge" çempionatın turnir cədvəlində 18 komanda arasında 16-cı pillədə qərarlaşıb.
Nihat