"Legiya"nın dünən "Visla Plotsk"a uduzaraq (0:1) sonuncu pilləyə yuvarlanması azarkeşlərin hiddətinə səbəb olub.
Fanat.Az xəbər verir ki, bir neçə polşalı jurnalist "Twitter"də, həmçinin idman saytları bu barədə məlumat yayıb.
"İnteriaSport" iddia edib ki, futbolçular oyundan sonra klubun avtobusuna minərkən polşalı tərəfdarların hücumuna məruz qalıb.
Nəşrin əməkdaşı Sebastyan Stajevskinin iddiasına görə, əsas hədəf millimizin üzvü Mahir Emreli və Lukinyos olub. "Super Ekspress" isə hücumda Rafael Lopeslə məşqçilərdən birinin də fiziki təzyiqə məruz qaldığını bildirib.
Əksər futbol adamları bu olaydan sonra futbolçuların şikayət edərək azad agentə çevriləcəklərini vurğulayıb.
Mirağa