Bu gün İspaniyanın Sitjes bölgəsində beynəlxalq şahmat festivalı start götürəcək.
Fanat.Az xəbər verir ki, yarışda Azərbaycanı 8 şahmatçı - Eltac Səfərli, Məhəmməd Muradlı, Aydın Süleymanlı, Ülviyyə Fətəliyeva, Amil Abbasov, Babək Cəfərli, İlyas Qarayev və Niyazi Qafarov təmsil edəcək.
İsveçrə sistemi üzrə keçiriləcək və dekabrın 23-ə qədər davam edəcək turnirdə ümumilikdə 300-dək şahmatçının iştirakı gözlənilir.
Qeyd edək ki, Eltac, Məhəmməd və Aydın 30 noyabr-8 dekabr tarixlərində İspaniyanın Barselona şəhərində keçirilən "Elllobregat Open" turnirində iştirak ediblər. Həmin yarışda ən yaxşı nəticəni Muradlı göstərib - 8-ci yer.
Sahib