İspaniyanın Sitjes bölgəsində beynəlxalq şahmat festivalı start götürüb.
Fanat.Az xəbər verir ki, Azərbaycan şahmatçılarından Eltac Səfərli, Aydın Süleymanlı, Məhəmməd Muradlı, Ülviyyə Fətəliyeva və Niyazi Qafarov ilk turu qələbə ilə başa vurublar.
Amil Abbasov, Babək Cəfərli və İlyas Qarayev isə məğlubiyyətlə üzləşiblər.
İsveçrə sistemi üzrə keçirilən və dekabrın 23-ə qədər davam edəcək turnirdə ümumilikdə 300-dək şahmatçı iştirak edir.
Qeyd edək ki, Eltac, Məhəmməd və Aydın 30 noyabr-8 dekabr tarixlərində İspaniyanın Barselona şəhərində keçirilən "Elllobregat Open" turnirində iştirak ediblər. Həmin yarışda ən yaxşı nəticəni Muradlı göstərib - 8-ci yer.
Sahib