16:23 14.12.2021 415

Vüqar Həşimov memorialının Qarabağda keçirilməsi təklif olundu

Azərbaycanın tanınmış şahmatçısı, Avropa çempionu Vüqar Həşimovun xatirəsinə həsr olunan sayca 7-ci beynəlxalq şahmat turnirinin Təşkilat Komitəsinin iclası keçirilib.

 Yarışın mətbuat xidmətindən verilən məlumata görə, Vüqar Həşimov Şahmat Akademiyasında təşkil olunan iclasdan əvvəl Təşkilat Komitəsinin üzvləri şahmatçının xatirəsinə yaradılan muzeylə tanış olublar.

İclasda Təşkilat Komitəsinin rəhbəri, Vüqar Həşimovun atası Qasım Həşimov, Təşkilat Komitəsinin üzvləri - AŞF prezidenti Mahir Məmmədov, turnirin baş hakimi Faiq Həsənov, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacı, Milli Məclisin üzvü Nigar Arpadarai, xalq yazıçısı Çingiz Abdullayev, olimpiya çempionu Fərid Mansurov eləcə də turnirin direktoru Anar Allahverdiyev iştirak edib.

İclasın əvvəlində Təşkilat Komitəsinin rəhbəri, Vüqar Həşimovun atası Qasım Həşimov turnirin keçirilməsi üçün yaradılan şəraitə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib. Qasım Həşimov artıq 7-ci dəfə baş tutacaq Vüqar Həşimov Memorialının keçirilməsində ölkə rəhbərliyinin əvəzsiz rolunun olduğunu bildirib.

Qasım Həşimov tədbir iştirakçılarına məşhur qrossmeysterin qazandığı nailiyyətlərdən, Azərbaycan idmanına verdiyi töhfələrdən və peşəkar idmançıya məxsus keyfiyyətlərindən danışıb. Beş ildir Vüqar Həşimovun adına Şahmat Akademiyasının fəaliyyət göstərdiyini deyən Təşkilat Komitəsinin sədri artıq ikinci filialın qapılarının şahmatsevərlərin üzünə açıldığını deyib: “Akademiya uğurla fəaliyyət göstərir. Burada təcrübəli mütəxəssislər çalışır. Yetirmələrimiz beynəlxalq arenada ölkəmizi layiqincə təmsil edirlər”.

Təşkilati işlərdən danışan turnirin direktoru, əməkdar məşqçi Anar Allahverdiyev açılış mərasiminə hazırlıqdan, yarış zalının tərtibatından, şahmat həvəskarlarının diqqətinə turnirin rəsmi saytının təqdim olunduğu barədə məlumat verib. Anar Allahverdiyev yarışda iştirak edəcək şahmatçılarla mütəmadi danışıqlar aparıldığını və əcnəbi idmançıların ölkəmizə gəlmə tarixinin müəyyənləşdiyini söyləyib.

Çıxış edən M.Məmmədov turnirin yüksək səviyyədə təşkil olunacağına əminliyini bildirib. O, birillik fasilədən sonra Vüqar Həşimovun xatirəsinə ənənəvi super turnirin bərpa olunmasından məmnunluğunu ifadə edib: “Turnirin əksər iştirakçıları “Top-20”də yer alan şahmatçılardır. Bu da yarışın gərgin idman mübarizəsi şəraitində keçəcəyindən xəbər verir” deyə M.Məmmədov əlavə edib.

İclas iştirakçıları iştirakçılar andemiya şəraitinə baxmayaraq, turnirin yaşaması üçün görülən işləri yüksək qiymətləndiriblər. R.Hacı Vüqar Həşimovu şəxsən tanıdığını söyləyib və turnirin növbəti illərdə Qarabağ torpaqlarında təşkil olunmasını təklif edib.

N.Arpadarai Vüqar Həşimov Şahmat Akademiyasında yaradılan şəraitin yeni nəsil şahmatçıların inkişafında mühüm rol oynayacağını vurğulayıb.
F.Mansurov turnirin ənənəvi olaraq keçirilməsini Vüqar Həşimovun adının əbədiləşdirilməsi istiqamətində ən önəmli addım kimi dəyərləndirib.

Tədbirdə yarışın hakimləri açıqlanıb. Baş hakim Faiq Həsənova Lütfiyar Rüstəmov və İlahə Qədimova kömək edəcəklər.

Təşkilat Komitəsinin üzvləri olan ikiqat paralimpiya çempionu İlham Zəkiyev və İctimai Televiziyanın baş direktoru Balaş Qasımov Bakıda olmadıqları üçün iclasa qatıla bilməyiblər.

Qeyd edək ki, memorialın açılış mərasimi dekabrın 18-də "Fairmont Bakı" hotelində keçiriləcək.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

13 May 2025
22:44

“Neftçi”nin sonuncu ev oyununun biletləri satışda!

22:17

Ançelotti Kakanı Braziliya millisinə dəvət etdi - SON DURUM

21:50

Serxio Ramos baş məşqçisiz qaldı

21:09

I Liqa: XXVI turun təyinatları açıqlandı

20:48

II Liqa: Lider də qalib gəldi, izləyicisi də - Çempion son turda müəyyənləşəcək

20:14

Vieyranın gələcəyinin necə olacağı bilindi

19:53

U-17 Liqası: "Qarabağ" "Neftçi" ilə sülh bağladı, "Sabah"dan 10 qollu qələbə

19:15

"Bu, böyük çağırışdır" - Karlo Ançelotti

18:49

Sesk Fabreqasın növbəti mövsümə harada başlayacağı dəqiqləşdi

18:20

"Səbail"in taleyinə aydınlıq gəldi - AÇIQLAMA

17:42

"Roma"nı bu il çempionatda yalnız "Atalanta" məğlub edə bilib

17:23

Azərbaycan Karate Federasiyasında yeni təyinat

17:05

AFFA rəsmisi UEFA-nın forumuna qatıldı

16:47

"Çelsi" hansı Avropa turnirində oynayacağına özü qərar verəcək

16:28

Polşada irqçilik qalmaqalı - Klub üzr istədi, federasiya hədələdi

16:10

"Daha çox qızıl medal qazana bilərdik" - Azərbaycan millisinin baş məşqçisi

15:51

De Bröyne İtaliya yolunda - İldə 7 milyon qazanacaq

15:33

"İngiltərə Premyer Liqası oynamaq və baxmaq üçün ən yaxşı liqadır" - "Barselona"nın ulduzu

15:15

Azərbaycanlı hakim vəfat etdi

14:57

MY-nin istəmədiyi vinger İtaliya nəhənginə keçməyə yaxındır

14:39

"Mançester Siti" 22 yaşlı müdafiəçini istəyir

14:21

Xabi Alonso Vaskesin "Real Madrid"də qalıb-qalmayacağına qərar verdi

14:03

"Kurban Berdiyev "Spartak" üçün ideal namizəddir"

13:44

"Trent bununla barışmalıdır" - Vircil van Deyk

13:25

Ançelottilərin yolu ayrıldı - SON DURUM

13:07

İki lqiada pley-offun püşkü atıldı

12:49

"Siti" üçün cari mövsüm qəzadır" - Erlinq Holand

12:31

"Rəhbərliyin istəyi odur ki, yeni mövsümdən Naxçıvanda çıxış edək" - Klubun icraçı direktoru yeni qərarların anonsunu verdi

12:15

"Qarabağ" "Nyukasl", "Atletik" və "Beşiktaş"dan öndədir - UEFA reytinqi

11:56

Rio Ferdinand xəstəxanaya yerləşdirildi

11:38

İspaniya nəhənginin Holandı nə vaxt transfer edəcəyi bilindi - MƏBLƏĞ

11:20

"Mançester Yunayted" Amorimlə bağlı qərarını verdi - SON DURUM

11:02

"Məktəbə onun futbolkası ilə gedir, başıma da sarğı bağlayırdım" - Rafinya

10:46

Azərbaycanda bu stadiona FİFA sertifikatı verildi - FOTO

10:27

Azərbaycan oxatanları Avropa Kubokuna qatıldılar

10:09

Paracüdoçularımız DÇ-də mübarizəyə başlayır

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

Pikedən "Real"a atmaca - "Həmişə yaxşılar qalib gəlir"

09:00

"Mən Qvardiola və Mourinyu ilə müqayisədə heç kiməm" - Dünya çempionu olan məşqçi

01:06

Zamiq Albaniya çempionu oldu

Facebookdan bizi izləməyi unutmayın.
X