Soçidə keçirilən XXII Qış Olimpiya Oyunlarının fiqurlu konkisürmə duetləri bu gün mübarizəyə başlayıblar. Fanat.az xəbər verir ki, yığmamız da bu gün mübarizəyə start verib.
Ölkəmizi bu yarışda fiquristlər - Yuliya Zlobina və Aleksey Sitnikov təmsil edib. Təmsilçilərimiz 24 cütlüyün mübarizə apardığı yarışa 13-cü qoşulublar. Karyeralarında ilk dəfə olimpiadaya yollanan milliləşən legionerlərimiz 14-cü yeri tutaraq finala çıxıblar. Yığmamızın rekorduna imza atmaq iddiasında olan duet hakimlərdən 58,15 bal alıb. Bu isə onların növbəti mərhələyə adlaması ilə nəticələnib. Çünki yalnız 4 duet Olimpiadaya vaxtından əvvəl əlvida deyir.
Mükafatçılar isə sabah baş tutacaq sərbəst çıxışdan sonra bəlli olacaq.
Fanat.az