İspaniyanın Sitjes bölgəsində təşkil olunan beynəlxalq şahmat festivalında ikinci turun görüşləri keçirilib.
Fanat.Az xəbər verir ki, Azərbaycan şahmatçılarından Eltac Səfərli, Aydın Süleymanlı və Məhəmməd Muradlı növbəti görüşlərini də qələbə ilə başa vuraraq liderlər qrupunda qərarlaşıblar.
Ülviyyə Fətəliyeva isə məğlubiyyətlə üzləşib.
İsveçrə sistemi üzrə keçirilən və dekabrın 23-ə qədər davam edəcək turnirdə ümumilikdə 300-dək şahmatçı iştirak edir.
Qeyd edək ki, Eltac, Məhəmməd və Aydın 30 noyabr-8 dekabr tarixlərində İspaniyanın Barselona şəhərində keçirilən "Elllobregat Open" turnirində iştirak ediblər. Həmin yarışda ən yaxşı nəticəni Muradlı göstərib - 8-ci yer.