Bu gün AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov Şamaxı şəhərinə səfər edib.
Fanat.Az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Məmmədov Şamaxı şəhər stadionunda federasiya tərəfindən təsis olunmuş futbol məktəbinin məşqini izləyib.
Məktəbin koordinatoru Vəli Qasımov burada hazırlıq keçən uşaqlar və seleksiya prosesi barədə məlumat verib.
Qeyd edək ki, Vəli Qasımovla yanaşı, məktəbdə Şamaxını təmsil edən daha üç nəfər məşqçi fəaliyyət göstərir.