"Bəlkə də məşqçilik dövründə ən çətin mətbuat konfransına gəlmişəm. Çünki deməyə bir sözüm yoxdur".
Fanat.Az xəbər verir ki, bunu "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov deyib.
O, evdə "Keşlə"yə 1:3 hesabı ilə uduzduqları oyundan sonra qatıldığı mətbuat konfransında belə danışıb.
"Qol epizodları yaradırıq, dəyərləndirə bilmirik... Günahlar axtarmağa gərək yoxdur. Günahkar özüməm. Futbolçulara bel bağladıq, güvəndik, o formada olmadılar. Belə duruma gəlib çıxmağın səbəblərindən biri budur. Belə durumda yaxanı kənara çəkmək düzgün olmaz. Hər kəs buna görə məsuliyyət daşıyır. Rəhbərliklə görüşərək düzgün qərarlar qəbul edəcəyik.
Futbolçu 3-cü yer tutmaqla doyursa, gələcəkdə çətinlik çəkəcək. Yayda düzgün qərar qəbul etmişdik. Futbolçuların fikri başqa yerdə ola, formada olmaya bilərlər. Bunlar qaçılmazdır. Bu gün "Keşlə"nin futbolçuları bizdən istəkli idi. Epizodlara girə bilməməyimiz futbolçulara bəlkə də təsir edir. Hər şey ola bilər".