İspaniyanın Sitjes bölgəsində şahmat festivalı davam edir.
Fanat.Az xəbər verir ki, Azərbaycan təmsilçiləri Eltac Səfərli, Aydın Süleymanlı və Məhəmməd Muradlı üçüncü turu da itkisiz başa vuraraq maksimum göstərici ilə liderlər qrupunda qərarlaşıblar.
Digər şahmatçımız Ülviyyə Fətəliyeva da görüşünü qalib tamamlayıb. Bununla o, xalını 2-yə çatdırıb.
İsveçrə sistemi üzrə keçirilən turnirdə 300-ə yaxın şahmatçı iştirak edir. Turnir 10 turdan ibarət olacaq və dekabrın 23-dək davam edəcək.
Qeyd edək ki, Eltac, Məhəmməd və Aydın 30 noyabr-8 dekabr tarixlərində İspaniyanın Barselona şəhərində keçirilən "Elllobregat Open" turnirində iştirak ediblər. Həmin yarışda ən yaxşı nəticəni Muradlı göstərib - 8-ci yer.
Sahib