13:53 16.12.2021 378

“Yenilməzlər Tokiodan Parisə doğru” beynəlxalq konfransı keçiriləcək

Milli Paralimpiya Komitəsinin (MPK) prezidenti İlqar Rəhimov Beynəlxalq Paralimpiya Komitəsinin (IPC) Almaniyanın Bonn şəhərində yerləşən baş ofisinə səfər edib.

MPK-nın mətbuat xidmətindən Fanat.Az-a verilən məlumata görə, səfər IPC prezidenti Endrü Parsonsun dəvəti əsasında gerçəkləşib. İkitərəfli görüşdə İ.Rəhimov E.Parsonsu yenidən seçilməsi münasibəti ilə təbrik edib, onun rəhbərliyi altında beynəlxalq paralimpiya hərəkatının daha da inkişaf etdiyini vurğulayıb. O bildirib ki, MPK IPC-nin gördüyü işlərə gələcəkdə də dəstək verəcək.

E.Parsons isə İ.Rəhimovu Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Assosiasiyasının (IBSA) vitse-prezidenti vəzifəsinə seçilməsi münasibəti ilə təbrik edib, gələcək işlərində uğurlar arzulayıb.

Görüş zamanı E.Parsons bildirib ki, MPK beynəlxalq paralimpiya hərəkatına böyük tövhə verir, daim IPC ilə sıx əlaqədə olur. Ali qurumun rəhbəri Azərbaycanda paralimpiya hərəkatının inkişafını yüksək qiymətləndirərək qeyd edib ki, Tokio-2020 Yay Paralimpiya Oyunlarında əldə edilən yüksək nəticələr bunun əyani sübutudur.

İ.Rəhimov Prezident İlham Əliyevin ölkədə paralimpiya hərəkatının inkişafına xüsusi diqqət göstəridiyini vurğulayıb. O, dövlət başçısının Azərbaycanda beynəlxalq yarışların və tədbirlərin keçirilməsini daim dəstəklədiyini qeyd edib, ölkədə paralimpiyaçıların iştirakı ilə Bakı-2015 I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, cüdo üzrə Qran-prilər, 2019-cu ildə Heydər Əliyev Fondu və Komitənin birgə təşkilatçılığı ilə IPC-nin 30 illik yubileyinə həsr olunmuş “Yenilməzlər” beynəlxalq qala təqdimatı keçirilib, ölkənin gələcəkdə də bu cür mötəbər tədbirlərə ev sahibliyi etməyə hazır olduğunu vurğulayıb.

MPK prezidenti paralimpiya hərəkatının inkişafı istiqamətində gördüyü işlər barədə məlumat verərək bildirib ki, digər ölkələrlə də bu təcrübəni bölüşmək məqsədi ilə 2022-ci ilin mayında Bakıda “Yenilməzlər Tokiodan Parisə doğru” adlı beynəlxalq konfransın keçirilməsi nəzərdə tutulur.

Daha sonra İ.Rəhimov IBSA-da görüləcək işlər haqqında məlumat verib, IPC ilə bu istiqamətdə sıx əmakdaşlığın vacibliyini qeyd edib.

MPK prezidenti Azərbaycan paralimpiyaçılarının Paris-2024 Yay Paralimpiya Oyunlarına hazırlıqları haqqında bəhs edərək bildirib ki, Komitənin məqsədi ölkədə paralimpiya dəyərlərini təbliğ edərək idmançı sayını artırmaq, Fransa paytaxtında daha böyük heyətlə iştirak edərək, ən azı Tokioda göstərilən nəticələri təkrarlamaqdır. O bildirib ki, komitə idmanla yanaşı, digər sosial layihələrin həyata keçirilməsi istiqamətində işlərini uğurla davam etdirir, fiziki məhdudiyyətli şəxslərin Abilimpiya hərəkatına cəlb edilməsində, onların müxtəlif peşə bacarıqlarına sahib olmaları, müyəssər mühitin yaradılması istiqamətində işlər aparılır.

Daha sonra İ.Rəhimov və E.Parsons gələcək əməkdaşlıq mövzusunda geniş müzakirələr aparıblar.

Görüşün yekununda MPK prezidenti IPC rəhbərini “Yenilməzlər Tokiodan Parisə doğru”ya dəvət edib. E.Parsons isə öz növbəsində beynəlxalq konfransa dəvət üçün təşəkkürü bildirib, IPC-nin konfransın keçirilməsinə lazımi dəstəyi verməyə hazır olduğunu vurğulayıb.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

19 May 2024
23:14

"Mançester Yunayted" son 34 ildə bu günə düşməmişdi

21:30

"Mançester Siti" İPL-in qalibi oldu - Bu, tarixi rekorddur

20:54

Rafinya Xavinin qardaşını təhqir etdi

19:40

Emiliya-Romanya Qran-prisinin qalibi bilindi

19:11

"Bayer Leverkuzen"dən tarixi ilk

18:40

Kaxaber Tsxadadze "Araz-Naxçıvan" üzərində qələbəni şərh etdi

18:15

"Qəbələdə özümü rəqib kimi hiss etmədim" - Elmar Baxşıyev 

17:54

MPL: "Qəbələ" ardıcıl üçüncü qələbəsini qazandı

17:40

Azərbaycanın 3 cüdoçusu DÇ-nin ilk günündə uğursuzluqla üzləşdi

17:12

"Beş aydan sonra meydana çıxmaq məni həyəcanlandırdı"

16:54

"Həmişə nə vaxtsa İspaniyaya qayıdacağımı düşünmüşəm" - Mikel Arteta

16:22

Krivotsyuk sonadək oynadı, komandası...

16:05

"Qəbələ"nin kapitanına xüsusi mükafat verildi

15:29

Şəhid İlham Kazımovun xatirəsinə həsr edilən turnir başa çatdı

15:14

Mourinyu "Beşiktaş"a gəlir - Klub rəsmisi açıqladı

14:30

"Məhsuldarlığımı daha da artırmaq istərdim, amma..."

14:16

"Sabah" Türkiyədə 4-cü oldu

13:56

Qvardiola növbəti mövsümə harada başlayacağını dedi

13:18

Alleqrinin yerini o tutdu - RƏSMİ

12:55

Teves postunu tərk etdi

12:23

Voleybol məşqçiləri üçün seminar keçirildi

12:00

"Qələbəyə layiq idik" - Ozobiç "Neftçi"dən gedir?

11:27

Enrike 3 futbolçunun PSJ-də qalmasını istəmir - ADLAR

10:58

Azərbaycan seçməsi Ukraynaya qarşı

10:21

ABL: Final mərhələsinin ikinci oyununda kim sevinəcək?

10:00

"Yaratdığımız imkanlardan faydalana bilmədik" - Pedro Nuno

09:00

Günün oyunları bu kanallarda - AFİŞA 

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

17:53

AFFA Yüksək Qızlar Liqasında 2023/2024 mövsümünə yekun vuruldu

17:30

AÇ-2024: Serbiya millisinin ilkin heyəti bilindi

Facebookdan bizi izləməyi unutmayın.
X