"Səbail"in məşqçisi Vüqar Məmməd Azərbaycan Premyer Liqasının 14-cü turunda "Sabah"dan aldıqları 0:3 hesablı məğlubiyyəti dəyərləndirib.
Fanat.Az xəbər verir ki, o, oyundan sonra təşkil edilən mətbuat konfransında belə danışıb:
"Matça itkilərlə çıxmışdıq. Birinci qoldan sonra toparlanmaq çətin oldu. Qış fasiləsinə yaxşı əhval-ruhiyyədə yollanmaq istəyirdik. Dəyişiklik etməyə çalışsaq da, fasilədən sonra ikinci qolu buraxdıq. Planlarımızı həyata keçirə bilmədik. Rəqib fiziki cəhətdən çox güclüdür və hazırda yüksəlişdədir".
Məmməd qapıçı Kamran Ağayevin meydana çıxmamasının da səbəbini açıqlayıb: "Kamran zədəlidir. Bu qarşılaşmada oynamasını biz də istəyərdik. Yəni zədəli olmasaydı, təbii ki, oynayacaqdı".