Dekabrın 17-dən 19-dək Polşanın Katovitse şəhərində şahmatın blits və rapid növü üzrə Avropa çempionatı keçiriləcək.
Fanat.Az xəbər verir ki, yarışlarda Azərbaycanı iki şahmatçı - Vasif Durarbəyli və Nail Bəşirli təmsil edəcək.
İlk gündə blits, növbəti iki gündə isə rapid üzrə qalib müəyyənləşəcək.
AÇ-də ümumilikdə 550-dən çox şahmatçının iştirakı gözlənilir.