Polşanın Katovitse şəhərində şahmatın blits və rapid növü üzrə Avropa çempionatına start verilib.
Fanat.Az xəbər verir ki, ilk gündə 22 turdan ibarət blits turniri keçirilib.
Azərbaycan təmsilçisi Vasif Durarbəyli 15 xal toplayaraq 16-cı yeri tutub.
Yarışın qalibi isə 18 xalla polşalı Yan-Kşiştof Duda olub.
Qeyd edək ki, rapid turniri 18-19 dekabrda baş tutacaq.