Azərbaycanın görkəmli şahmatçısı, Avropa çempionu Vüqar Həşimovun xatirəsinə həsr olunan 7-ci beynəlxalq superturnirə ev sahibliyi edəcək "Fairmont Baku" oteli yarış günlərində xüsusi aksiya gerçəkləşdirəcək.
Turnirin mətbuat xidmətindən verilən məlumata görə, otelin binasının üzərində Həşimovun adı, şahmat fiqurları, yarışın loqosu və digər maraqlı məqamlar əks olunacaq.
Qeyd edək ki, bu gün start götürəcək Vüqar Həşimov Memorialı dekabrın 24-dək davam edəcək.