Bu gün Polşanın Katovitse şəhərində şahmatın rapid növü üzrə Avropa çempionatı start götürəcək.
Fanat.Az xəbər verir ki, 11 turdan ibarət olacaq və iki gün ərzində baş tutacaq yarışda Azərbaycanı Vasif Durarbəyli təmsil edəcək.
Qeyd edək ki, dekabrın 17-də blits üzrə turnir keçirilib. Həmin AÇ-də Durarbəyli 22 turdan 15 xal toplayaraq 16-cı yeri tutub. Qalib 18 xalla ev sahibi ölkənin təmsilçisi Yan-Kşiştof Duda olub.
Sahib