"Qarabağ"ın Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi "Olimpik Marsel" avadanlıq təchizatçısı "Puma" ilə müqavilə müddətini 2028-ci ilə qədər uzadıb.
Fanat.Az "L'Equipe"yə istinadən xəbər verir ki, dünən razılaşdırılan yeni anlaşma daha sərfəli şərtlərlə əldə olunub.
İndiyə qədər Marsel klubu alman firması ilə müqaviləsi sayəsində bonuslar da daxil olmaqla, ildə təxminən 15 milyon avro alırdı. 2023-2028-ci illəri əhatə edəcək yeni müqavilədə isə bu rəqəm hər mövsüm üçün 20 milyon avro nəzərdə tutulub. Hətta müqaviləyə inteqrasiya olunmuş müxtəlif tədbirlər hesabına Marsel klubu ildə 25 milyon dəyərində çek əldə edə bilər. Fransa mətbuatı maddi problemləri olan klub üçün bu müqaviləni gözəl fürsət kimi dəyərləndirir.
Qeyd edək ki, “ Olimpik Marsel”lə “Qarabağ” arasında ilk oyun gələn il fevralın 17-də Marseldə, cavab görüşü isə 24-də Bakıda keçiriləcək.
Mirağa