Bakıda Azərbaycanın görkəmli şahmatçısı, Avropa çempionu Vüqar Həşimovun xatirəsinə həsr olunan 7-ci beynəlxalq superturnirin püşkatma mərasimi keçirilib.
Fanat.Az xəbər verir ki, “Fairmont Baku” otelində təşkil olunan tədbirdə ilk turda üz-üzə gələcək şahmatçılar bəlli olub.
Vüqar Həşimov Memorialı
I tur
David Navara (Çexiya) - Şəhriyar Məmmədyarov
Sergey Karyakin (Rusiya) - Riçard Rapport (Macarıstan)
Vişvanatan Anand (Hindistan) - Rauf Məmmədov
Fabiano Karuana (ABŞ) - Vüqar Əsədli