Bakıda Azərbaycanın görkəmli şahmatçısı, Avropa çempionu Vüqar Həşimovun xatirəsinə həsr olunan 7-ci beynəlxalq superturnir start götürüb.
Fanat.Az xəbər verir ki, rapid yarışının birinci turunun ilk oyununda Azərbaycan təmsilçilərindən Şəhriyar Məmmədyarov Çexiya şahmatçısı David Navaraya qalib gəlib. Rauf Məmmədov hindistanlı Vişvanatan Ananda, Vüqar Əsədli isə Fabiano Karuanaya (ABŞ) uduzub. Macarıstanlı Rixard Rapport isə Rusiya qrossmeysteri Sergey Karyakini məğlub edib.
Turun ikinci oyununda ağ fiqurlarla oynayan "Şah" Navara ilə "sülh bağlayıb". Rauf rəqibinə gəlsə də, Əsədli Karuana ilə xalı bölüb. Rapport isə yenidən Karyakindən üstün olub.
İki oyunun nəticəsində bərabərlik qeydə alındığından, reqlamentə əsasən, Məmmədovla Anand arasında “armagedon” oynanılıb. Azərbaycan təmsilçisi burada sabiq dünya çempionundan üstün olub.
Beləliklə, R.Rapport, F.Karuana və Ş.Məmmədyarov 3, R.Məmmədov 2, V.Anand isə 1 xal toplayıblar.
Qeyd edək ki, turnirdə rapid yarışı 7 turdan ibarət olacaq və dekabrın 21-dək davam edəcək. Dekabrın 22-23-də isə blits görüşləri keçiriləcək. Qalib iki mərhələdə toplanan xalların cəminə əsasən müəyyənləşəcək.
Sahib