Bu gün Polşanın Katovitse şəhərində şahmatın rapid növü üzrə Avropa çempionatına yekun vurulacaq.
Fanat.Az xəbər verir ki, yarışın ikinci günündə daha 5 tur oynanılacaq. Dünən baş tutan 6 oyundan dördünü qələbə, digərlərini "sülh"lə bitirən Azərbaycan təmsilçisi Vasif Durarbəyli də son qarşılaşmalarını keçirəcək.
Matçlar Bakı vaxtı ilə saat 13:00-da start götürəcək.
Hesabında 5 xal olan 29 yaşlı qrossmeysterimiz hazırda turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.
Aleksandr Donçenko (Almaniya), Pyotr Brodovski (Polşa) və Toivo Keinanen (Finlandiya) maksimum göstərici ilə ilk üç sıranı bölüşdürürlər.
Qeyd edək ki, dekabrın 17-də blits üzrə turnir keçirilib. Həmin AÇ-də Durarbəyli 22 turdan 15 xal toplayaraq 16-cı yeri tutub. Qalib 18 xalla ev sahibi ölkənin təmsilçisi Yan-Kşiştof Duda olub.