Bakıda Azərbaycanın görkəmli şahmatçısı, Avropa çempionu Vüqar Həşimovun xatirəsinə həsr olunan 7-ci beynəlxalq superturnir davam edir.
Fanat.Az xəbər verir ki, yarışın ikinci günündə rapid üzrə daha 2 tur oynanılacaq. İlk olaraq Azərbaycan təmsilçiləri Şəhriyar Məmmədyarov və Vüqar Əsədli bir-biri ilə üz-üzə gələcək. Rauf Məmmədov isə Fabiano Karuana ilə münasibətləri aydınlaşdıracaq.
Ardınca Rauf və Vüqar arasında növbəti Azərbaycan derbisi baş tutacaq. Məmmədyarov isə rusiyalı Sergey Karyakinin müqavimətini qırmağa çalışacaq.
Bildirək ki, hər tur iki matçdan ibarətdir. Reqlamentə əsasən, qalib müəyyənləşməsə, tərəflər arasında "armageddon" oynanılır. Əsas partiyalarda qazanılan qələbəyə görə şahmatçıların aktivinə 3 xal yazılır. "Armageddon"da əldə edilən üstünlüyə görə 2, məğlub olana isə 1 xal verilir.
Qeyd edək ki, turnirdə rapid yarışı 7 turdan ibarət olacaq və dekabrın 21-dək davam edəcək. Dekabrın 22-23-də isə blits oyunları keçiriləcək. Qalib iki mərhələdə toplanan xalların cəminə əsasən müəyyənləşəcək.
Vüqar Həşimov Memorialı
Rapid mərhələsi
II tur
Şəhriyar Məmmədyarov (Azərbaycan) - Vüqar Əsədli (Azərbaycan)
Rauf Məmmədov (Azərbaycan) - Fabiano Karuana (ABŞ)
Rixard Rapport (Macarıstan) - Vişvanatan Anand (Hindistan)
David Navara (Çexiya) - Sergey Karyakin (Rusiya)
III tur
Şəhriyar Məmmədyarov (Azərbaycan) - Sergey Karyakin (Rusiya)
Rauf Məmmədov (Azərbaycan) - Vüqar Əsədli (Azərbaycan)
David Navara (Çexiya) - Vişvanatan Anand (Hindistan)
Rixard Rapport (Macarıstan) - Fabiano Karuana (ABŞ)
Xal durumu: Rixard Rapport, Fabiano Karuana, Şəhriyar Məmmədyarov - 3 xal, Rauf Məmmədov - 2, Vişvanatan Anand - 1, Vüqar Əsədli, David Navara, Sergey Karyakin - 0.