26-30 dekabrda Polşanın paytaxtı Varşavada rapid və blits üzrə dünya çempionatı keçiriləcək.
Fanat.Az xəbər verir ki, bu günədək Azərbaycanın 9 şahmatçısı mundialda iştirakını təsdiqləyib.
Kişilərin yarışında Rauf Məmmədov, Vüqar Əsədli, Aydın Süleymanlı və Məhəmməd Muradlı qüvvəsini sınayacaq. Qadınlardan isə Gülnar Məmmədova, Türkan Məmmədyarova, Zeynəb Məmmədyarova, Xanım Balacayeva və Gövhər Beydullayeva uğur qazanmağa çalışacaq.
Mundialın ilk üç günündə rapid, ardınca blits turniri baş tutacaq. Ümumi mükafat fondu 1 milyon ABŞ dollarıdır.
Qeyd edək ki, son belə DÇ 2019-cu ildə Moskvada keçirilib. Kişilərdə norveçli Maqnus Karlsen həm rapid, həm də blits üzrə çempion olub. Qadınlarda isə Hampi Koneru (Hindistan) rapid, Katerina Laqno (Rusiya) blits üzrə baş mükafata sahib çıxıb.