Polşanın Katovitse şəhərində şahmatın rapid növü üzrə Avropa çempionatına yekun vurulub.
Fanat.Az xəbər verir ki, yarışın ikinci günündə daha 5 tur oynanılıb. Əvvəlki 6 matçdan hesabına 5 xal yazan Azərbaycan təmsilçisi Vasif Durarbəyli də turnirdə son qarşılaşmalarını keçirib.
29 yaşlı qrossmeysterimiz partiyalardan 2-sini qələbə, 2-sini heç-heçə ilə tamamlayıb, bir dueldə isə rəqibinə məğlub olub. Bununla o, 8 xal toplayaraq yekunda 19-cu yeri tutub.
Yarışın qalibi 9,5 xalla rusiyalı Aleksandr Motılyov olub.
Qeyd edək ki, dekabrın 17-də blits üzrə turnir keçirilib. Həmin AÇ-də Durarbəyli 22 oyundan 15 xal toplayaraq 16-cı yeri tutub. Baş mükafata 18 xalla ev sahibi ölkənin təmsilçisi Yan-Kşiştof Duda sahib çıxıb.