Bakıda Azərbaycanın görkəmli şahmatçısı, Avropa çempionu Vüqar Həşimovun xatirəsinə həsr olunan 7-ci beynəlxalq superturnir davam edir.
Fanat.Az xəbər verir ki, yarışın ikinci günündə rapid üzrə daha 2 tur oynanılıb. Günün ilk turunda Azərbaycan təmsilçiləri Şəhriyar Məmmədyarov və Vüqar Əsədli bir-biri ilə üz-üzə gəlib. İlk partiyanı Məmmədyarov, cavab oyununu Əsədli aktivinə yazıb. Belədə reqlamentə əsasən tərəflər arasında "armageddon" oynanılıb. Burada Şəhriyar gənc həmkarından üstün olub.
Rauf Məmmədov iki oyunun nəticəsində Fabiano Karuanaya (ABŞ) uduzub - 0:2.
Ardınca Rauf və Vüqar arasında növbəti Azərbaycan derbisi baş tutub. İlk qarşılaşma "sülh"lə yekunlaşıb. Cavab görüşündə Məmmədov qələbəni bayram edərək cütün taleyinə aydınlıq gətirib.
Məmmədyarov isə rusiyalı Sergey Karyakinin müqavimətini qıra bilməyib - 0:2.
Bildirək ki, əsas partiyalarda qazanılan qələbəyə görə şahmatçıların aktivinə 3 xal yazılır. "Armageddon"da əldə edilən üstünlüyə görə 2, məğlub olana isə 1 xal verilir.
Qeyd edək ki, turnirdə rapid yarışı 7 turdan ibarət olacaq və dekabrın 21-dək davam edəcək. Dekabrın 22-23-də isə blits oyunları keçiriləcək. Qalib iki mərhələdə toplanan xalların cəminə əsasən müəyyənləşəcək.
Vüqar Həşimov Memorialı
Rapid mərhələsi
II tur
Şəhriyar Məmmədyarov (Azərbaycan) - Vüqar Əsədli (Azərbaycan) 1:0, 0:1, 1:0
Rauf Məmmədov (Azərbaycan) - Fabiano Karuana (ABŞ) 0:1, 0:1
Rixard Rapport (Macarıstan) - Vişvanatan Anand (Hindistan) 1:0, 0,5:0,5
David Navara (Çexiya) - Sergey Karyakin (Rusiya) 1:0, 0:1, 0:1
III tur
Şəhriyar Məmmədyarov (Azərbaycan) - Sergey Karyakin (Rusiya) 0:1, 0:1
Rauf Məmmədov (Azərbaycan) - Vüqar Əsədli (Azərbaycan) 0,5:0,5, 1:0
David Navara (Çexiya) - Vişvanatan Anand (Hindistan) 1:0, 0,5:0,5
Rixard Rapport (Macarıstan) - Fabiano Karuana (ABŞ) 0:1, 1:0, 0:1
Xal durumu: Fabiano Karuana - 8 xal, Rixard Rapport - 7, Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Sergey Karyakin - 5, David Navara - 4, Vişvanatan Anand, Vüqar Əsədli - 1.