Polşa çempionatında 19-cu turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasının geyindiyi "Legiya" da növbəti matçına çıxıb.
Varşava təmsilçisi öz meydanında "Radomyak Radom"a 0:3 hesabı ilə uduzub.
Plotsk “Visla”sı ilə görüşün ardından azarkeşlərin komandanın avtobusuna hücumu nəticəsində başından xəsarət alan Mahir məşqlərə qatılmadığı üçün adı oyunun iştirak ərizəsinə salınmayıb.
15 xalı olan "Legiya" hazırda Ekstraklassanın turnir cədvəlində 18 komanda arasında 17-ci pillədə mövqe tutub.
Nihat