Türkiyənin qadın voleybolçulardan ibarət "VakıfBank" komandası klublararası dünya çempionatının qalibi olub.
Fanat.Az xəbər verir ki, Covanni Quidettinin çalışdırdığı kollektiv Ankarada təşkil olunan final matçında İtaliyanın "İmoco Volley" klubuna 3:2 hesabı ilə qalib gələrək tarixində dördüncü dəfə bu uğura imza atıb.
Qeyd edək ki, "VakıfBank" daha əvvəl 2013, 2017 və 2018-ci illərdə dünya çempionatının baş mükafatına sahib çıxıb.
Sahib