Gənclər və İdman Nazirliyində yeni təyinat olub.
Fanat.Az xəbər verir ki, Gənclər və idman naziri Fərid Qayıbovun müvafiq əmri ilə Elnur Məmmədov müvəqqəti olaraq, nazirliyin İdman şöbəsinin müdiri vəzifəsinə təyin edilib.
Nazirlikdən verilən məlumatda bildirilib ki, bu təyinatadək Elnur Məmmədov müxtəlif idman federasiyalarında, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında və Qırğızıstan Respublikasında idman sahəsində fəaliyyət göstərib.
Qeyd edək ki, Elnur Məmmədov həm də "Neftçi"nin icraçı-direktoru vəzifəsində çalışıb.
Mirağa