"Qarabağ"ın Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi "Olimpik Marsel" qış fasiləsində daha bir futbolçusu ilə müqaviləyə xitam verəcək.
Fanat.Az Fransa mətbuatına istinadən xəbər verir ki, baş məşqçi Xorxe Sampaoli 2020-ci ilin yayında "Botafoqo"dan 8 milyon avroya transfer edilən braziliyalı hücumçu Luis Enrikenin transferə çıxarılması barədə rəhbərliyə təlimat verib.
Baxmayaraq ki, Enrike iki gün əvvəl Fransa kubokunda fərqlənməyi bacarıb. Ancaq bu, onun "Olimpik Marsel"də ilk qoludur. Konrad De La Fuente ilə rəqabət apara bilməyən forvard yenidən "Botafoqo"ya qayıda bilər. Bundan başqa, Braziliyanın torcedores.com saytı "Genk" və "Fiorentina"nın Enrikeni 6 ay müddətinə icarəyə götürməkdə maraqlıdı olduğunu idda edib.
Qeyd edək ki, “Qarabağ”la Fransa komandası arasındakı ilk görüş fevralın 17-də Marseldə, cavab qarşılaşması isə həmin ayın 24-də Bakıda baş tutacaq.
Mirağa