Azərbaycanın mərhum şahmatçısı, Avropa çempionu Vüqar Həşimovun xatirəsinə həsr olunan 7-ci beynəlxalq superturnir davam edir.
Fanat.Az xəbər verir ki, bu gün daha iki turun qarşılaşmaları ilə yarışın rapid mərhələsinə yekun vurulacaq. Altıncı turda Azərbaycan təmsilçilərindən Şəhriyar Məmmədyarov macarıstanlı Rixard Rapportla, Rauf Məmmədov çexiyalı David Navara ilə, Vüqar Əsədli isə Rusiya şahmatçısı Sergey Karyakinlə üz-üzə gələcək.
Ardınca Məmmədyarov Fabiano Karuana (ABŞ), Əsədli Vişvanatan Anand (Hindistan), Məmmədov isə Sergey Karyakinlə münasibətləri aydınlaşdıracaq.
Hər tur iki matçdan ibarətdir. Reqlamentə əsasən, qalib müəyyənləşməsə, tərəflər arasında "armageddon" oynanılır. Əsas partiyalarda qazanılan qələbəyə görə şahmatçıların aktivinə 3 xal yazılır. "Armageddon"da əldə edilən üstünlüyə görə 2, məğlub olana isə 1 xal verilir.
Qeyd edək ki, dekabrın 22-23-də turnirin blits mərhələsi keçiriləcək. Qalib iki mərhələdə toplanan xalların cəminə əsasən müəyyənləşəcək.
Vüqar Həşimov Memorialı
Rapid mərhələsi
VI tur
Şəhriyar Məmmədyarov - Rixard Rapport (Macarıstan)
David Navara (Çexiya) - Rauf Məmmədov
Sergey Karyakin (Rusiya) - Vüqar Əsədli
Vişvanatan Anand (Hindistan) - Fabiano Karuana (ABŞ)
VII tur
Fabiano Karuana (ABŞ) - Şəhriyar Məmmədyarov
Vüqar Əsədli - Vişvanatan Anand (Hindistan)
Rauf Məmmədov - Sergey Karyakin (Rusiya)
Rixard Rapport (Macarıstan) - David Navara (Çexiya)
Xal durumu: Fabiano Karuana, Rixard Rapport - 11, Sergey Karyakin - 10, Şəhriyar Məmmədyarov, David Navara - 8, Rauf Məmmədov - 6, Vişvanatan Anand - 3, Vüqar Əsədli - 1.
Sahib