PSJ-nin ulduzu Kilyan Mbappe dünən doğum gününü qeyd edib.
Fanat.Az xəbər verir ki, fransalı hücumçunun 22 yaşı tamam olub.
Paris klubunun üzvləri ad günü partisində ona arxasına 2050 yazılmış forma təqdim edib ki, bu da birmənalı qarşılanmayıb. Sosial şəbəkə istifadəçiləri PSJ-nin "Real Madrid"in israrla sıralarına qatmaq istədiyi futbolçusunu bu şəkildə stimullaşdırdığını iddia ediblər.
Mbappeyə həmçinin, böyük ad günü tortu hazırlanıb.
Mirağa