"Neftçi" son klubu "Albasate" olan Eddi İsrafilovu heyətinə qatmağa çalışır.
Fanat.Az xəbər verir ki, 2015-ci ildən Azərbaycan millisinə dəvət alan yarımmüdafiəçi ilə danışıqları davam etdirilir.
Bu ilin mayından futbolsuz qalan İsrafilovu qış toplanışına aparmaq istəyən "ağ-qaralar" hazırda qarşı tərəflə əməkhaqqı ilə bağlı ortaq məxrəcə gəlməyə çalışır.