Milli komandamızın üzvü və "Keşlə"nin oyunçusu Azər Salahlı əməliyyat olunub.
Fanat.Az xəbər verir ki, hələ çempionatın gedişində zədələnən müdafiəçinin müayinəsindən sonra onda ikitərəfli qasıq yırtığı aşkar edilmişdi.
Bununla əlaqədar Azər Salahlı Türkiyənin "Liv Hospital"ında cərrah masasına uzanmalı olub.
Həkimlər müdaxilənin uğurlu olduğunu bildiriblər. Hazırda özünü yaxşı hiss edən futbolçumuz iki gündən sonra vətənə qayıdacaq. Ancaq onun nə vaxt məşqlərə başlayacağı hələlik məlum deyil.