Azərbaycanın görkəmli şahmatçısı, Avropa çempionu Vüqar Həşimovun xatirəsinə həsr olunan 7-ci beynəlxalq superturnirdə bu gün növbəti oyunlar baş tutacaq.
Fanat.Az xəbər verir ki, iştirakçılar yarışın son iki günündə blits üzrə mübarizə aparacaqlar.
Azərbaycan təmsilçilərindən Şəhriyar Məmmədyarov ilk turda çexiyalı David Navara ilə, Rauf Məmmədov hindistanlı Vişvanatan Anandla üz-üzə gələcək. Vüqar Əsədli isə ABŞ qrossmeysteri Fabiano Karuana ilə münasibətlərinə aydınlıq gətirəcək.
Bu gün ümumilikdə 7 tur oynanılacaq.
Vüqar Həşimov Memorialı
Blits mərhələsi
I tur
David Navara (Çexiya) - Şəhriyar Məmmədyarov
Vişvanatan Anand (Hindistan) - Rauf Məmmədov
Fabiano Karuana (ABŞ) - Vüqar Əsədli
Sergey Karyakin (Rusiya) - Rixard Rapport (Macarıstan)
Xal durumu: Rixard Rapport, Sergey Karyakin - 16, Şəhriyar Məmmədyarov, Fabiano Karuana - 14, Rauf Məmmədov - 9, David Navara - 8, Vüqar Əsədli - 4, Vişvanatan Anand - 3.
Sahib