"Qarabağ"ın aparıcı oyunçularından olan Kevin Medina hazırda ölkəsində istirahətdədir.
Fanat.Az xəbər verir ki, 27 yaşlı mərkəz müdafiəçisi mövsümün ilk yarısının yorğunluğunu çıxarmaqdadır.
Kolumbiyalı müdafiəçi "İnstagram" səhifəsində şəkil paylaşaraq istirahətini səmərəli keçirdiyini göstərib. O, paylaşımına "Çılğın həyat gözəldir" yazıb.
Qeyd edək ki, Medina ötən ilin yayında "Qarabağ"a transfer olunub.
Mirağa