Cüdo üzrə kişilərdən ibarət Azərbaycan millisinin üzvü, üçqat Avropa mükafatçısı Zelim Kotsoyev yenidən yığma komandaya qayıdır.
Bu barədə Fanat.Az-a millinin məşqçisi Elçin İsmayılov məlumat verib.
Mütəxəssis şəxsi məşqçisi olduğu gənclər arasında dünya və Avropa çempionunun yanvarda yığmanın düşərgəsinə dönəcəyini bildirib.
Qeyd edək ki, Zelim Kotsoyev sonuncu dəfə Tokio-2020 Yay Olimpiya Oyunlarında ölkəmizi təmsil edib. 23 yaşlı idmançı həmin yarışda ikinci mərhələdə uduzaraq mübarizəni dayandırıb. Milliləşdirilmiş osetiyalının yığmadan uzaqlaşmasına ACF-nin keçmiş rəhbərliyi ilə aralarında yaranmış problemin səbəb olması istisna edilmir.
Sahib