21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin və Ukrayna "Aleksandriya"sının yarımmüdafiəçisi Emil Mustafayev zədəsini sağaldıb.
Fanat.Az xəbər verir ki, bunu sözügedən komandanın baş məşqçisi Yuri Qura klubun rəsmi saytına açıqlamasında deyib.
"Həkimlərimiz hər şeyi nəzarətdə saxlayır. Mustafayev hazırda bərpa prosesi keçir. Ümid edirik ki, bütün zədəli futbolçularımız sıraya mümkün qədər tez dönəcəklər".
Xatırladaq ki, 20 yaşlı Emil Azərbaycan millisinin Norveçə 1:2 hesabı ilə uduzduğu matçda - Avropa çempionatının seçmə mərhələsinin oyununda sıradan çıxmışdı.