UEFA Konfrans Liqasında təmsilçimiz "Qarabağ"ın pley-offdakı rəqibi Fransa "Marsel" ölkə çempionatında növbəti matçını keçirib.
Fanat.Az xəbər verir ki, komanda XIX turun görüşləri çərçivəsində öz meydanında "Reyms"lə qarşılaşıb.
Oyun 1:1 hesablı heç-heçə ilə başa çatıb. Xal itkisi "Marsel"i turnir cədvəlinin 3-cü pilləsinə salıb. Komandanın aktivində 33 xal var. Reyms isə 23 xalla 14-cü yerdə qərarlaşıb.
Matçda hesabı qonaqların hücumçusu Hüqo Ekitike açıb (75). "Marsel"i məğlubiyyətdən xilas edən qolu isə 90+8-ci dəqiqədə Dmitri Payet vurub.
Oyunun videoicmalını təqdim edirik: