İspaniyanın Sitjes bölgəsində təşkil olunan beynəlxalq şahmat festivalında doqquzuncu turun görüşləri keçirilib.
Fanat.Az xəbər verir ki, Azərbaycan təmsilçiləri arasında ən yaxşı göstəriciyə malik olan Eltac Səfərli almaniyalı Dmitri Kollarsla üz-üzə gəlib. Qara fiqurlarla oynayan 29 yaşlı qrossmeysterimiz 55-ci gedişdə rəqibinə məğlub olub.
Digər şahmatçılarımızdan Aydın Süleymanlı turu qələbə ilə başa vurub. O, indoneziyalı Medina Varda Auliyanı üstələyib.
Məhəmməd Muradlı Tomas Dionisi (Fransa) ilə, Ülviyyə Fətəliyeva hindistanlı Rameşbabu Vaişali (Hindistan) ilə "sülh bağlayıb".
Son tur ərəfəsi hesabında 6,5 xal olan Eltac turnir cədvəlində 12-ci sırada qərarlaşıb. Hərəyə 6 xal toplayan Məhəmməd və Aydın uyğun olaraq 28 və 30-cu pillədədirlər. Fətəliyeva isə 5,5 xalla 64-cüdür. Sıralamaya 7,5 xalla Dmitri Kollars başçılıq edir.
Qeyd edək ki, Eltac, Aydın və Məhəmməd 30 noyabr - 8 dekabr tarixlərində İspaniyanın Barselona şəhərində keçirilən "Elllobregat Open" turnirində iştirak ediblər. Həmin yarışda ən yaxşı nəticəni Muradlı göstərib - 8-ci yer.
Sahib