"Keşlə"nin qış hazırlıq planı bəlli olub.
Fanat.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Komanda yanvarın 6-da bir araya gələcək. Paytaxt təmsilçisi qış fasiləsində növbəti yarımilin hazırlıqlarına Bakıda başlayacaq.
Yanvarın 14-də və 20-də yoxlama oyunları keçirmək planlaşdırılır. Lakin rəqiblər barədə hələlik məlumat verilməyib.