Azərbaycanda polis rəisi nöqsanlara görə işdən çıxarılıb.
Bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, Səbail Rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Mehman Fətəliyev yol verdiyi nöqsanlara görə vəzifəsində azad edilib. Hazırda bu vəzifəyə yeni təyinat yoxdur.
Qeyd edək ki, Səbail Rayon Polis İdarəsinin Dövlət Yol Polisi (RPİ DYP) şöbəsinin sabiq rəisi, polis polkovnik-leytenantı Mehman Fətəliyev yeni idman növlərindən sayılan qrapplinqlə məşğul olur. Bir neçə uğurlara imza atan polis zabiti sonuncu dəfə Bakıda keçirilən dünya çempionatında bürünc medal qazanmışdı.//manset.az