FIFA milli komandaların yeni reytinq cədvəlini açıqlayıb.
Fanat.Az xəbər verir ki, Azərbaycan millisi 2021-ci ilin son cədvəlində 1139 xalla 120-ci pillədə qərarlaşıb.
Yığmamızın mövqeyi ötən ayla müqayisədə dəyişməyib.
Qeyd edək ki, siyahıya Belçika (1828) başçılıq edir. Braziliya (1826) 2-ci, Fransa (1786) isə üçüncü yerdə qərarlaşıb. Türkiyə seçməsi 1472 xalla 37-cidir.