İspaniyanın Sitjes bölgəsindəki beynəlxalq şahmat festivalına yekun vurulub.
Fanat.Az xəbər verir ki, Azərbaycan təmsilçiləri arasında ən yaxşı göstəriciyə Eltac Səfərli imza atıb.
10 turun yekunlarına əsasən, ilk "səkkizlik"də qərarlaşan şahmatçılar mini-turnirdə çıxışını davam etdirib. 29 yaşlı qrossmeysterimiz sürətli şahmatda üç oyunun nəticəsinə görə, Lukas Van Foresti (Niderland) yensə də, daha sonra Avropa çempionu Anton Korobova (Ukrayna) uduzaraq birincilik uğrunda mübarizəni yarımçıq dayandırıb və beşinci olub.
Digər şahmatçılarımızdan Aydın Süleymanlı 7 xalla 20-ci, 6,5 xal toplayan Məhəmməd Muradlı 28-ci yeri tutub. Ülviyyə Fətəliyeva isə hesabına 6 xal yazaraq 79-cu nəticə göstərib.
Qeyd edək ki, Eltac, Aydın və Məhəmməd 30 noyabr - 8 dekabr tarixlərində İspaniyanın Barselona şəhərində keçirilən "Elllobregat Open" turnirində iştirak ediblər. Həmin yarışda ən yaxşı nəticəni Muradlı göstərib - 8-ci yer.
Sahib