15:38 24.12.2021 1324

'Dünya çempionatının finalına çıxmağımda onun rolu çox oldu" - MÜSAHİBƏ

Bu il Rusiyanın Ufa şəhərində keçirilən güləş üzrə gənclər arasında dünya çempionatının gümüş, Kazanda təşkil olunan I MDB Oyunlarının isə qızıl medalını qazanan Əşrəf Aşırov  Fanat.Az-a müsahibə verib. Sərbəst güləş millimizin 79 kiloqram çəki dərəcəsindəki üzvü mundialdakı uğuru, son ölkə çempionatındakı çıxışı və hədəflərindən danışıb.

- Əşrəf, özünü yaxından tanıdarsan.
 - 2001-ci ilin yanvar ayında Qazaxda anadan olmuşam. Güləşə marağım əvvəllər bu idman növü ilə məşğul olan atamın sayəsində yaranıb. Atam 8 yaşım olanda məni öz müəlliminin yanına apardı. Artıq 12 ildən çoxdur ki, güləşdəyəm. 

- Güləş ictimaiyyətində əvvəllər də adından perspektivli idmançı kimi bəhs edilib. Lakin dünya çempionatlarında ilk nailiyyətin gənclərdə son ilinə təsadüf etdi. Əvvəllər uğur qazanmamağını nə ilə bağlayırsan?

- Məşqçilər həmişə deyirdi ki, sənin yeganə çatışmazlığın özünə inamının olmamasıdır. Cəbrayıl Həsənov bizə baş məşqçi gələndən sonra bu problemi də çözə bildik. Cəbrayıl müəllim əfsanəvi güləşçi olmaqla yanaşı, yaxşı məşqçi, əsası, güclü motivatordur. Dünya çempionatında finala çıxmağımda onun rolu çox oldu. 

- Hazırda çıxış etdiyin 79 kiloqram qeyri-Olimpiya çəkisidir. Boyunun hündürlüyünü də nəzərə alsaq, yəqin ki, qarşıdakı hədəfin 86 kiloqramda mübarizə aparmaqdır. 
- Bəli. 74-ə salmağım mümkün olmayacaq. Çünki ora çox çəki salırdım deyə, sonradan problemlərim yaranırdı. Həm də 74-də bizim Turan Bayramov kimi güləşçimiz var. Ancaq hələlik 79-da qalacağam. Ən azından qarşıdakı ili indiki çəkidə keçirmək istəyirəm. Hazırkı istəyim apreldə Budapeştdə böyüklərin Avropa çempionu olmaqdır. O biri ildən yəqin ki, artıq 86-da özümü sınayaram.

- 86 kiloqramda bizdə artıq neçə illərdir ki, böyüklər arasında ciddi uğur əldə edən yerli idmançı yoxdur. Adətən legionerləri görmüşük. Hədəf Olimpiadadırsa, daha tez keçməyin effektiv olmazmı?
- Qarşıdakı çıxışlarıma əsasən, buna məşqçilər qərar verəcək. Həm indi 86 kiloqramda Orxan Abbasov da var. 23 yaşlıların Avropa çempionatında üçüncü yerə çıxıb. Mən inanıram ki, yaxında böyüklərdə də sözünü deyəcək. Sözsüz ki, əsas niyyətim Paris Olimpiadasına qatılmaqdır. Qarşıda bunun üçün əlimdən gələni edəcəyəm.

- Son Azərbaycan çempionatında milliləşdirilmiş dağıstanlı Hacımurad Ömərova uduzdun. Halbuki həmin görüşdə şansların daha yüksək dəyərləndirilirdi. Qələbə üçün nə çatmadı?
- Açığı, zədəm yarışa istədiyim kimi hazırlaşmağıma əngəl oldu. Çempionatdan öncə yaxşı vəziyyətdə deyildim. Sadəcə, məşqçilər komandada yerimin olması üçün güləşməyimin vacib olduğunu bildirdilər. Buna baxmayaraq finala kimi yüksəldim. Həlledici qarşılaşmada da son saniyələrə kimi üstün idim. Sonda ani ehtiyatsızlıq "qızıl"ın əldən getməsinə səbəb oldu. İndiki halda nəticəmi qənaətbəxş saymaq olar.

Sahib Əsədbəyli

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

08 İyul 2025
00:14

ACF daha 24 klub və idman təşkilatına 5 illik lisenziya təqdim etdi

07 İyul 2025
23:52

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

23:18

"Neftçi"nin sabiq prezidenri ÇL-ə təyinat aldı

22:46

"Qarabağ"ın yeniyetmələri "Marcet"li həmyaşıdlarını "kötəklədilər"

22:15

"Sabah" üçün asan olmayacaq" - Arif Əsədov

21:59

"Qarabağ" Avstriyada 4 qol vurub uduzdu

21:16

AFFA prezidenti pakistanlı həmkarı ilə görüşdü

20:39

"Sabah" Avropa Liqası üçün 25 oyunçu sifariş etdi - SİYAHI

20:03

"Zirə"də yeni müqavilə - RƏSMİ

19:50

Premyer Liqa klubu hücumçusu ilə vidalaşdı

19:38

Rakitiç "Zirə"nin rəqibini tərk etməyəcək - RƏSMİ

19:11

"Şamaxı"dan ayrılan Məsimov və daha 3 futbolçu bu kluba keçir

18:57

MPL: 2025/2026 mövsümün püşkatma mərasiminin vaxtı bilindi

18:16

"Araz-Naxçıvan"ın Türkiyə toplanışındakı rəqibləri açıqlandı

17:47

"Karvan" qapıçısı ilə bağlı yekun qərarını verdi

17:28

Araz Abdullayev Premyer Liqa klubuna keçdi

17:10

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlıları ilə üz-üzə gələcək

16:53

"Baş verən hadisə mənə çox pis təsir edib" - Canluici Donnarumma

16:34

"Milan" Ernandesi ərəblərə satır - Transfer yekunlaşmaq üzrədir

16:17

"İmişli" növbəti transferini reallaşdırdı

15:59

Rakitiç "Zirə"yə qarşı oynamayacaq - Özü açıqladı

15:41

Saşa İliç "Sumqayıt"ı bu gün məşqə çıxaracaq, sabah isə... - AÇIQLAMA

15:23

"Turan Tovuz"un futbolçusu bu kluba keçir - Türkiyəyə aparılmadı

15:10

"Sabah"ın rəqibi Bakıya bu tarixdə gələcək, bu məkanda məskunlaşacaq

14:52

Dyökereşin bir ayağı İngiltərə nəhəngində - SON DURUM

14:34

"Karvan"dan ayrılan futbolçu 1-ci Liqa klubuna keçdi

14:16

"Sumqayıt" yeni baş məşqçisinin adını açıqladı - RƏSMİ

13:58

"Məşqçi işi göz qabağındadır" - Vüqar Nadirov "Sabah" - "Sele" mübarizəsindən nə gözləyir?

13:39

Sadiq Məmmədzadə Serbiya klubunun düşərgəsinə nə vaxt yollanacaq? - Özü açıqladı

13:09

Gülağa Əsədov "Mingəçevir"dən ayrıldı - Yeni klubu bəllidir

12:51

Messi "İnter Mayami"ni bu kluba dəyişir - SON DURUM

12:33

Avarçəkənimiz Avropa üçüncüsü oldu

12:15

Asim Xudiyev Konfrans Liqasına təyinat aldı

11:56

Balotelli bu iki klubdan birində oynayacaq - SON DURUM

11:37

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:18

"Mançester Yunayted" kolumbiyalı yarımmüdafiəçiyə elçi düşdü

10:59

"Qarabağ" Avstriyada ilk oyununa çıxır

10:40

Ançelotti "Qızıl top"a layiq olan, amma onu qazanmayan futbolçunun adını açıqladı

10:03

Azərbaycan və Özbəkistan dünya çempionatına birgə ev sahibliyi üçün namizədliklərini irəli sürdülər - RƏSMİ

09:46

KONKAKAF kubokunun qalibi bilindi

Facebookdan bizi izləməyi unutmayın.
X