Azərbaycan Voleybol Federasiyasında (AVF) baş katib təyinatı gerçəkləşib.
Fanat.Az xəbər verir ki, qurumun prezidenti Cavid Qurbanovun və AVF İdarə Heyətinin qərarı ilə bu gün Fərid Xəlilov qurumun baş katibi təyin edilib.
Qeyd edək ki, Fərid Xəlilovdan öncə AVF baş katibi vəzifəsini icra edən Cəlil Cəfərov son Hesabat-Seçki Konfransında vitse-prezident seçilib.
F. Xəlilov 2019-2021-ci illərdə “Azərreyl” klubunun prezidenti olub.