Türkiyə I Liqasında XIX turun oyunları start götürüb.
Fanat.Az xəbər verir ki, milli komandamızın futbolçusu Namik Ələskərovun çıxış etdiyi "Bursaspor" bu gün səfərdə "Menemenspor"un qonağı olub.
Bursa təmsilçisinin yeni baş məşqçisi Tamer Tunanın debütn matçı 0:0 hesabı ilə başa çatıb.
Start heyətdə meydana daxil olan Ələskərov 90 dəqiqə mübarizə aparıb.
Qeyd edək ki, 18 turdan sonra 19 xal toplayan "Bursaspor" hazırda turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb.