“Neftçi” yeni müdafiəçi ilə güclənir.
Fanat.Az "Azerisport"a istinadən xəbər verir ki, paytaxt klubu millimizin və “Keşlə”nin müdafiəçisi Azər Salahlı ilə bağlı danışıqlara başlayıb.
Futbolçunun əməkdaşlıq etdiyi "Golden Seven" menecer şirkətinin əməkdaşı İman Həsənov Fanat.Az-a "Neftçi"nin Azərlə böyük ölçüdə anlaşdığını təsdiqləyib.
O, danışıqların davam etdiyini, amma böyük ölçüdə bu keçid razılaşdırıldığını, qarşıdakı günlərdə münasibətlərin rəsmiləşəcəyini bildirib.
Salahlının "Neftçi"dəki qazancı ilə bağlı da məlumat əldə etmişik. "Keşlə"də ayda 9 min manat əldə edən müdafiəçi bundan təxminən 1,5 dəfə çox qazanacaq.
Qeyd edək ki, 2012-2015-ci illər aralığında "Keşlə"də forma geyən Azər Salahlı 2018-ci ilin yayında yenidən paytaxt klubuna qayıdaraq bu klubda çıxış edir.
Mirağa