19:29 27.12.2021 624

“Sərhədçi" klubunun yeni prezidenti ictimaiyyətə təqdim edildi

“Sərhədçi” Voleybol Klubunun prezidenti təyin olunan "Sərhədçi" İdman-Olimpiya Kompleksinin idman bölməsinin rəisi, polkovnik-leytenant, əməkdar məşqçi Firdovsi Umudovun təqdimat mərasimi keçirilib.

Fanat.Az Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, mərasim torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Ardınca giriş sözü ilə idman kompleksinin rəisi polkovnik Elşən Mirzəyev çıxış edib. Mirzəev bu təyinatın komandanı uğura daşıyacağına inandığını bildirib: "DSX rəisi, general-polkovnik Elçin Quliyevlə Azərbaycan Voleybol Federasiyasının prezidenti Cavid Qurbanov arasındakı müzakirələrdən sonra belə qərar verildi ki, “Sərhədçi” voleybol klubu ölkə çempionatında mübarizə aparsın. Elçin Quliyevlə də Firdovsi Umudovun klub prezidenti olmasını müzakirə etdik və o, bunun yaxşı təyinat olduğunu bildirdi. Umudov idmana yad adam deyil. Hər zaman hər probleminizi ona deyə bilərsiniz. O, daim sizin yanınızda olacaq. Bizim məqsədimiz gənc idmançılara dəstək olmaq, onları yetişdirib ölkəyə idmançı bəxş etməkdir. “Sərhədçi” daim ən yüksək yerlər uğrunda mübarizə aparacaq”.

Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti Cəlil Cəfərov da Firdovsi Umudovu təbrik edib və bu təyinatın klubun gələcəyinə müsbət təsir edəcəyini vurğulayıb: “Voleybola dəstək verdiyinizə görə sizə təşəkkür edirəm. Eyni zamanda “Sərhədçi” mənə doğmadır. “Rabitə” voleybol klubunun Çempionlar Liqası oyunları burada keçirilirdi. Burada çox güclü rəqiblərə qalib gəlmişik. Sevindirici haldır ki, Umudov bu kluba prezident təyin edilib. Onu təbrik edib, uğurlar arzulayıram. Ümid edirəm ki, “Sərhədçi” “Rabitə” səviyyəsinə qalxacaq. İnanmaq və irəli getmək lazımdır. Firdovsi müəllim, Elşən müəllim bu növü sevən adamlardır. Onlar uğur qazanacaqlar. General-polkovnik Elçin Quliyevə də təşəkkür edirəm”.

Daha sonra Firdovsi Umudov yeni vəzifəsindən danışıb. O, Azərbaycan idmanına növündən asılı olmayaraq daim dəstək olacağını, uğur üçün əlindən gələni edəcəyini bildirib: “Hər kəsə təşəkkür edirəm, mənə göstərilən etimada görə Dövlət Sərhəd Xidmətinin rəhbərliyinə minnətdaram. Komanda ilə bağlı böyük planlarımız var. Əvvəllər böyük uğurlarımız əsasən təkbətək idman növlərində daha çox idisə, sonra komanda idman növlərində də böyük nailiyyətlər əldə edildi. “Azərreyl”, “Rabitə”, “Qarabağ” klublarının böyük uğurları və onları ölkə başçısı cənab İlham Əliyevin qəbul etməsinin timsalında idmana dövlət qayğısının necə yüksək olması kimsəyə sirr deyil".

O bildirib ki, ölkə rəhbərliyinin idmana qayğısının nəticəsidir ki, “Sərhədçi” İdman-Olimpiya Mərkəzi kimi bazamız var və burada təkcə voleybol deyil, digər idman növlərinin də inkişafı üçün maddi-texniki baza yaradılıb: "Hazırda “Sərhədçi”nin kişilərdən ibarət komandası Superliqada mübarizə aparır və gənc komanda üçün bu artıq böyük uğurdur. İdmana yad adam deyiləm və birlikdə böyük uğurlara imza atacağımıza inamıram. Bu yaxınlarda federasiya prezidenti Cavid Qurbanov və 1-ci vitse-prezident Faiq Qarayevlə görüşərək gələcək planlarımızı müzakirə etmişik. Gələcəkdə beynəlxalq arenalarda uğur qazanıb voleybolumuza töhfə verəcək, ölkəmizin bayrağını yüksəklərə qaldıracağıq".

Umudovun sözlərinə görə, hər şeyi federasiyasının üzərinə yükləmək olmaz: "Biz şirkətləri, sponsorları idmana dəstək üçün cəlb etməliyik. Azərbaycanın dünya və Avropa, olimpiya çempionları var. Niyə komanda idman növlərində də davamlı uğurlar olmasın? Nizam-intizam olan yerdə nəticə də gələcək. Biz “Sərhədçi” İdman-Olimpiya Mərkəzində olan şəraitdən istifadə etməliyik. Komandamız gəncdir, gələcəyə ümid verir və əsas istəyimiz müxtəlif yaş qrupları üzrə milli komandalara layiqli idmançılar yetişdirməkdir”.

Sonda veteran məşqçi Oktay Musayev Firdovsi Umudovun təyinatına sevindiyini deyib və idmançılar adından ona təşəkkür edib: “Firdovsi müəllim güləşdə dünya və Avropa, olimpiya çempionları yetişdirib, idmanda böyük təcrübəsi var. Sevinirik ki, bizim yanımızda olacaq. Polkovnik Elşən Mirzəyevə də diqqəti üçün təşəkkür edirəm. Daim bizə dəstək göstərib, hər zaman yanımızda olub".

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

16 May 2025
01:50

La Liqa: "Barselona" derbini qazanaraq 28-ci çempionluğuna qovuşdu

01:33

Benzemalı "Əl-İttihad" sona 2 tur qalmış çempion oldu

15 May 2025
23:57

Azərbaycanın U-18 millisi də B divizionunda yarışacaq

23:20

"Çelsi" baş məşqçisi ilə bağlı qərarını verdi

22:57

Yüksək Liqa: “Araz-Naxçıvan”la “Baku Fire”dən böyükhesablı qələbə

22:18

Konseysau da "Milan"dan gedir, o da - Qərar verildi

21:50

"İmişli"nin "ASCO Arena" istəyi baş tutmadı - AÇIQLAMA

21:11

MPL: 35-ci turun təyinatları açıqlandı

20:52

"Sabah" "Zirə" ilə oyuna 4 itki ilə hazırlaşır - AÇIQLAMA

20:17

"Şamaxı"nın 4 futbolçusu "Araz-Naxçıvan"a qarşı oynamayacaq - AÇIQLAMA

19:50

Portuqaliya Futbol Federasiyası Mourinyu ilə bağlı yayılan xəbərləri yalanladı

19:14

İPL-də mövsümün ən yaxşı futbolçusu kim olacaq? - Namizədlər bəllidir

18:41

1-ci Liqanın qalibi mükafatlandırıldı

18:08

İPL-də mövsümün ən yaxşı məşqçisi adına 5 namizəd var - ADLAR

17:41

Azərbaycan Kubokunun final oyununun biletləri satışa çıxarıldı

17:23

PSJ-nin əsas transfer hədəfi bilindi - Paris təmsilçisi yeni bombardir alır

17:04

Mahir Emreli "Ayntraxt"a qarşı oynaya biləcəkmi? - Kloze açıqladı

16:46

"Bu, yekunda titulun bəzədiyi möhtəşəm mövsüm oldu" - Vinçentso İtalyano

16:28

Azərbaycan badmintonçuları Bolqarıstanda bürünc medal qazandılar

16:10

"Zirə" "Sabah"la oyuna 5 itki ilə çıxacaq - AÇIQLAMA

15:51

Mourinyu milli komandanın "sükanı arxası"na keçir - İDDİA

15:33

Azərbaycanın millisi ilk dəfə B divizionunda mübarizə aparacaq

15:15

UEFA Avropa çempionatını təxirə salır - AÇIQLAMA

14:56

AFFA-da türkiyəli nümayəndələrlə görüş keçirildi

14:38

"Barselona" 8 futbolçu ilə yolları ayırır - ADLAR

14:20

Azərbaycanlı parabadmintonçu Bəhreyndə beynəlxalq turnirə qatıldı

13:52

“Turan Tovuz” Futbol Akademiyasına seçimlər başlayır

13:34

Neymar 1 milyonluq yeni avtomobilini göstərdi - FOTO

13:15

Azərbaycan millisinin üzvü Dünya Kubokunda iştirak edəcək

12:56

La Liqada cəmi iki mövsüm davam gətirdilər

12:37

Stolüstü tennis üzrə ölkə çempionatının ilk qalibləri bilindi

12:19

Hələ "Real" tarixində Mbappe kimisi olmamışdı - Di Stefanonun rekordu yeniləndi

12:01

Asensio və üç keçmiş "Real"lıya qarşı cinayət işi açıldı

11:43

Konseysau finalda "Bolonya"dan aldıqları məğlubiyyəti belə şərh etdi

11:24

Azərbaycan gimnastları Avropa kubokunda mübarizəyə başlayırlar

11:05

Erik Dayerin yeni klubu bəlli oldu - RƏSMİ

10:46

Yeddi ölkə III MDB Oyunlarında iştirakını rəsmən təsdiqləyib

10:27

Almaniya nəhəngi yeni transfer reallaşdırdı - RƏSMİ

10:08

AFFA rəhbərliyi FIFA-nın Konqresində iştirak edəcək

09:49

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

Facebookdan bizi izləməyi unutmayın.
X