11:09 28.12.2021 483

DÇ: Şəhriyar Almaniya, Gülnar Qazaxıstan şahmatçısına qarşı

Polşanın paytaxtı Varşavada rapid və blits üzrə dünya çempionatı davam edir.

Fanat.Az xəbər verir ki, mundialda bu gün rapid yarışına yekun vurulacaq. Son olaraq kişilər daha 4, qadın şahmatçılar 3 turda mübarizə aparacaqlar.

Kişilərin turnirindəki Azərbaycan təmsilçilərindən Şəhriyar Məmmədyarov 10-cu turda almaniyalı Mattias Bluebaum (Almaniya) ilə münasibətləri aydınlaşdıracaq. Məhəmməd Muradlı Anton Demçenkonun (Rusiya), Xəzər Babazadə Fidel Ximenes Korralesin (ABŞ), Aydın Süleymanlı Ehsan Maqaminin (İran), Rauf Məmmədov Arjun Eriqaisinin (Hindistan), Vasif Durarbəyli isə Yesper Sonderqaardın (Danimarka) müqavimətini qırmağa çalışacaq.

Qadın şahmatçılarımızdan Gülnar Məmmədova 9-cu turda qazaxıstanlı Jansaya Abdumaliki sınağa çəkəcək. Xanım Balacayeva Nino Batsiaşvili (Gürcüstan) ilə, Zeynəb Məmmədyarova Leya Qarifullina (Rusiya) ilə, Gövhər Beydullayeva Monika Soçko, Türkan Məmmədyarova Barbara Qoraj (hər ikisi Polşa) ilə üz-üzə gələcək.

Kişi şahmatçılarımız arasında ən yaxşı göstərici Şəhriyar Məmmədyarovdadır. 36 yaşlı qrossmeyster 5,5 xalla 33-cü pillədə qərarlaşıb. Məhəmməd Muradlı, Aydın Süleymanlı və Xəzər Babazadə 5, Rauf Məmmədovla Vasif Durarbəyli 3,5 xal toplayıb.

Qadınlardan Gülnar Məmmədova 8 turdan 6 xalla altıncı sırada yer alıb. O, 2-ci yerdə gedən Qazaxıstan təmsilçisi Assel Serikbaydan yalnız əlavə göstəricilərə görə geri qalır. Xanım Balacayeva 5 xalla 24-cüdür. Zeynəb və Türkan Məmmədyarovaların 4,5, Gövhər Beydullayevanın 4 xalı var.

Kişilərin yarış cədvəlinə norveçli Maqnus Karlsen, qadınların sıralamasına isə rusiyalı Aleksandra Kostenyuk (hər ikisi 7,5 xal) başçılıq edir.

Dekabrın 30-dək davam edəcək dünya çempionatının ümumi mükafat fondu 1 milyon ABŞ dolları təşkil edir. Kişilərin yarışında qalib 60 min, qadınların mübarizəsində ilk yeri tutan şahmatçı isə 40 min dollar qazanacaq.

Qeyd edək ki, 2019-cu ildə Moskvada keçirilən son dünya çempionatında kişilər arasında Maqnus Karlsen həm rapid, həm də blits üzrə yarışın qalibi adını qazanıb. Qadınlar arasında isə hindistanlı Hampi Koneru rapid, rusiyalı Katerina Laqno blits üzrə dünya çempionu adına sahib olublar.

Sahib

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

13 May 2025
23:46

"Beşiktaş"ın ulduzu sıradan çıxdı

23:15

Babayev Hakimlər Komitəsinə üzv seçildi

22:44

“Neftçi”nin sonuncu ev oyununun biletləri satışda!

22:17

Ançelotti Kakanı Braziliya millisinə dəvət etdi - SON DURUM

21:50

Serxio Ramos baş məşqçisiz qaldı

21:09

I Liqa: XXVI turun təyinatları açıqlandı

20:48

II Liqa: Lider də qalib gəldi, izləyicisi də - Çempion son turda müəyyənləşəcək

20:14

Vieyranın gələcəyinin necə olacağı bilindi

19:53

U-17 Liqası: "Qarabağ" "Neftçi" ilə sülh bağladı, "Sabah"dan 10 qollu qələbə

19:15

"Bu, böyük çağırışdır" - Karlo Ançelotti

18:49

Sesk Fabreqasın növbəti mövsümə harada başlayacağı dəqiqləşdi

18:20

"Səbail"in taleyinə aydınlıq gəldi - AÇIQLAMA

17:42

"Roma"nı bu il çempionatda yalnız "Atalanta" məğlub edə bilib

17:23

Azərbaycan Karate Federasiyasında yeni təyinat

17:05

AFFA rəsmisi UEFA-nın forumuna qatıldı

16:47

"Çelsi" hansı Avropa turnirində oynayacağına özü qərar verəcək

16:28

Polşada irqçilik qalmaqalı - Klub üzr istədi, federasiya hədələdi

16:10

"Daha çox qızıl medal qazana bilərdik" - Azərbaycan millisinin baş məşqçisi

15:51

De Bröyne İtaliya yolunda - İldə 7 milyon qazanacaq

15:33

"İngiltərə Premyer Liqası oynamaq və baxmaq üçün ən yaxşı liqadır" - "Barselona"nın ulduzu

15:15

Azərbaycanlı hakim vəfat etdi

14:57

MY-nin istəmədiyi vinger İtaliya nəhənginə keçməyə yaxındır

14:39

"Mançester Siti" 22 yaşlı müdafiəçini istəyir

14:21

Xabi Alonso Vaskesin "Real Madrid"də qalıb-qalmayacağına qərar verdi

14:03

"Kurban Berdiyev "Spartak" üçün ideal namizəddir"

13:44

"Trent bununla barışmalıdır" - Vircil van Deyk

13:25

Ançelottilərin yolu ayrıldı - SON DURUM

13:07

İki lqiada pley-offun püşkü atıldı

12:49

"Siti" üçün cari mövsüm qəzadır" - Erlinq Holand

12:31

"Rəhbərliyin istəyi odur ki, yeni mövsümdən Naxçıvanda çıxış edək" - Klubun icraçı direktoru yeni qərarların anonsunu verdi

12:15

"Qarabağ" "Nyukasl", "Atletik" və "Beşiktaş"dan öndədir - UEFA reytinqi

11:56

Rio Ferdinand xəstəxanaya yerləşdirildi

11:38

İspaniya nəhənginin Holandı nə vaxt transfer edəcəyi bilindi - MƏBLƏĞ

11:20

"Mançester Yunayted" Amorimlə bağlı qərarını verdi - SON DURUM

11:02

"Məktəbə onun futbolkası ilə gedir, başıma da sarğı bağlayırdım" - Rafinya

10:46

Azərbaycanda bu stadiona FİFA sertifikatı verildi - FOTO

10:27

Azərbaycan oxatanları Avropa Kubokuna qatıldılar

10:09

Paracüdoçularımız DÇ-də mübarizəyə başlayır

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

Pikedən "Real"a atmaca - "Həmişə yaxşılar qalib gəlir"

Facebookdan bizi izləməyi unutmayın.
X