Bir neçə gün əvvəl 4 futbolçusu ilə vidalaşan "Keşlə" heyətinə yeni legioner cəlb edib.
Fanat.Az xəbər verir ki, paytaxt təmsilçisi argentinalı mərkəz müdafiəçisi Franko Floresin keçidini reallaşdırıb.
İki il əvvəl "Keşlə"də çıxış etmiş 28 yaşlı futbolçu ilə 1 illik müqavilə razılaşdırılıb. Flores köhnə-yeni komandasına azad agent kimi qoşulacaq. Paytaxt təmsilçisi argentinalının transferini rəsmiləşdirmək üçün onun Bakıya gəlməsini gözləyir. Müdafiəçi yanvarın 6-da "Keşlə"yə qoşulacaq.
Qeyd edək ki, "Keşlə" qış hazırlığını ölkəni tərk etməyərək paytaxtda keçirəcək.
Mirağa